Masallı sakininin evində 15 kq-dan artıq narkotik aşkarlanıb - FOTO

Masallı sakininin evindən 15 kiloqramdan artıq narkotik aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Aləddin Məmmədov saxlanılıb.
Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
A.Məmmədovun yaşadığı evə keçirilən baxış zamanı oradan 7 kiloqram 154 qram heroin, 1 kiloqram 670 qram tiryək, 6 kiloqram 205 qram marixuana, 88 qram metamfetamin və elektron tərəzi aşkarlanıb.
Əməliyyat-axtarış tədbirlərinin davamı nəticəsində A.Məmmədovun narkotik vasitə satdığı Masallı rayon sakinləri, əvvəllər məhkum olunmuş Rəsul Baxşiyev və Elçin Nuriyev də müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı onların üzərindən narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır


Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










