Masallıda şəhid əsgər Nurlan Əbilovla vida mərasimi keçirilir - FOTO

Masallıda Azərbaycan Ordusunun şəhid olmuş əsgəri Nurlan Əbilovla vida mərasimi keçirilir.
APA-nın verdiyi məlumata görə, şəhid əsgər Nurlan Əbilovun nəşi doğulduğu Masallı rayonunun Ağakişibəyli kəndinə gətirilib. Şəhidlə vida mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edir.
Qeyd edək ki, Nurlan Fərrux oğlu Əbilov Prezident İlham Əliyevin qismən səfərbərlik haqqında elan etdiyi sərəncamla ordu sıralarına çağırılmışdı. O, Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə ağır yaralanmışdı və aylardır ki, komada idi.
Nurlan Əbilov bu gün səhər saatlarında müalicə aldığı Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat edib.
"Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilən şəhidimiz ailəli idi, iki övladı var.




Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












