MAXE-lərin təlimə cəlb olunmasının məqsədi açıqlanıb - FOTO

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət etmək istəyən kursantlara Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) mühəndis-istehkam manqa komandiri vəzifəsində praktiki dərslər keçirilib.
Report xəbər verir ki, praktiki dərs zamanı kursantlara "Ön mövqeyin qarşısında öz mina sahələrimizdən manqa tərkibində keçidlərin açılması" mövzusu tədris olunub.
Onların praktiki bilik və bacarıqlarının artırılması məqsədilə təlimlər keçirilib.
Bundan əlavə, kursantlara "Mina sahələrindən keçidlərin açılması zamanı aşkar olunmuş minaların zərərsizləşdirilməsi" mövzusu tədris olunub.
TTM-in mühəndis-istehkam ixtisası üzrə müəllimi, mayor Arif Butayev "Report"a bildirib ki, təlimdə əsas məqsəd kursantların bilik və bacarıqlarının artırılmasıdır: "Bu gün burada mühəndis-istehkam manqa kursuna qəbul olunmuş kursantlar manqa tərkibində öz mina sahələrimizdən əl üsulu ilə keçidlərin açılması və keçidlərin açılması zamanı aşkar etdikləri minaların zərərsizləşdirilməsi mövzusunda praktiki bilik və bacarıqlara yiyələnirlər".

















Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












