Məşhur estetik mərkəzdə qanunsuz əməliyyatlar edənlərin məhkəməsi başladı

"UĞUR 777 estetik mərkəz"də baş verən qanunsuzluqlarla bağlı açılmış cinayət işi üzrə təqsirləndirilən şəxslərin - Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevanın məhkəməsi başlayıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə bu gün start götürsə də mühakimə olunan şəxslərdən birinin vəkili iştirak etmədiyindən iclas təxirə salınıb.
Məhkəmənin hazırlıq iclası mayın 12-də davam etdiriləcək.
Qeyd edək ki, ötən ilin dekabrında bir qrup şəxs tərəfindən qanunsuz olaraq estetik əməliyyatların aparılması barədə mediada yayılan məlumat və videogörüntülər əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Araşdırma zamanı Xəyalə İsmayılovanın adına dövlət qeydiyyatına alınan "UĞUR 777 estetik mərkəz"in qanunsuz fəaliyyət göstərməsi, orada müvafiq standartlara riayət olunmadan tibbi prosedur adı altında müxtəlif estetik və kosmetoloji əməliyyatların həyata keçirilməsi nəticəsində xəstəliklərin yayılmasına əsaslı şübhələr müəyyən edilib.
Həmçinin sözügedən mərkəzdə özlərini həkim-kosmetoloq kimi təqdim edən Xəyalə İsmayılova, Murad Bağırov, Firuzə Əliyeva, Gülbədə Abdullayeva, Zairə Salmanova və digərləri tərəfindən ayrı-ayrı şəxslərin bədən nahiyələrində icra olunan estetik cərrahi əməliyyatlar nəticəsində onların sağlamlığına ağır xəsarət yetirilməsinə əsaslı şübhələr yaranıb.
Araşdırmalar nəticəsində o da aşkarlanıb ki, Xəyalə İsmayılova, Murad Bağırov, Firuzə Əliyeva, Gülbədə Abdullayeva, Zairə Salmanova və digərlərinin müvafiq ali və ya orta ixtisas tibbi təhsili, habelə "Praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsi" yoxdur.
Toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 131.2 (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma), 309.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma), 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon prokurorluğuna göndərilib.
Eyni zamanda X.İsmayılovanın barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1 (lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma) və 215.1-ci (sağlamlığın qorunması sahəsində şəxslərin hüquqlarının pozulması) maddələri ilə inzibati xəta haqqında işlər üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Səhiyyə Nazirliyinə göndərilib.
Özəl parklanma məntəqələrində qiymətlər artırılıb? - VİDEO
Maskası cırılan “David Seliverstov” dastanı bitmir – Həbsdəki generalın yaxınlarından aldığı 90 min dolların SİRLƏRİ AÇILIR
Bakını bu küçəsində nəqliyyatın hərəkəti müvəqqəti MƏHDUDLAŞDIRILACAQ
Bakıda üç yol ötürücüsü müvəqqəti bağlanacaq - TARİX AÇIQLANDI
Səfurə İsayeva yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO
Tanınmış aktrisa “Kontakt”dan şikayətləndi: "Ələ salındım" - VİDEO
Azərbaycan-Rusiya sərhədində kilometrlərlə uzanan TIR KARVANI - VİDEO - YENİLƏNİB
Səfurə İsayeva yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA
Bulvara gedən yoldakı eskalatordan hansı qurum məsuldur? - VİDEO










