Məşhur reperə BNA-da vəzifə verildi - FOTO

Qurd ləqəbi ilə tanınan məşhur reper Fərid Eminova Bakı Nəqliyyat Agentliyində vəzifə verilib.
Avtosfer.az index.az-a istinadən xəbər verir ki, F. Eminova Agentlikdə Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) üzrə şöbənin rəhbəri təyin edilib.
BNA-dan bu məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, öz fəaliyyətinə 2000-ci ildə "Dəyirman" qrupunda başlayıb. İlk albomu (kaset) 2001-ci ildə "Allahım" olub. 2005-ci ildə "Klan-A-Plan" qrupu yaradılıb və bu qrupun üzvü olub. "Klan-A-Plan" qrupu öz fəliyyətini 2012-ci ildə dayandırıb.
2007-2010 -cu illərdə öz rep fəaliyyətini tamamilə dayandırıb. 2010-cu ildə "Klan-A-Plan" qrupunun üzvü Rüfət Ryder rəhmətə gedəndən sonra 2010-2012 -ci illərdə öz fəaliyyətini yenidən bu qrupda davam etdirib. 2012-ci ildə qrup dağılandan sonra solo karyerasında öz məşhurluğunu qazanıb. Məşhur mahnıları "Rəqs edir hər kəs", "Tapın Onu" , "Tək-tək" , "Apar məni", "Kayfla yaşa " , "Tar " , "İlk öpüsh " , "Babat-babat " , "Bana-Bana" , "Dincəleyşin" və.s .Qurd ölkənin müxtəlif bölgələrində böyük dinləyici kütləsi üçün solo konsertlər verib. Ən böyük konserti Naxçıvanda, ikinci ən böyük konserti Şəki şəhərində baş tutub - 6000 (altı min) dinləyici iştrak edib. Şəxsi Youtube kanalında 50 000 000-dan çox izlənməsi var.
![]()
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












