Metroda sərnişinlərin çantaları niyə yoxlanılır?

Bakı Metropoliteninin stansiyalarının girişində metro polisi tərəfindən sərnişinlərin çantalarının yoxlanılması üçün X-RAY cihazından istifadə olunur. Bu addım hansı zərurətdən irəli gəlir?
Avtosfer.az xəbər verir ki, bu məsələlərlə bağlı DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. E.Hacıyev bildirib ki, Bakı Metropolitenində sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra qabaqcıl üsul və texnologiyalar geniş tətbiq edilir:
“Metropolitenə keçirilməsi qadağan olunan əşyalar bu rəqəmsal sistemin imkanları ilə aşkarlanır. Ötən il 8 ədəd avtomat patronu, 48 ədəd kəsici-deşici alət aşkarlanıb. Bu əşyaları metropolitenə keçirmək istəyən 9 azyaşlı olmaqla, ümumilikdə 68 nəfər şəxs polis tərəfindən müəyyən olunub. Onların hər biri barəsində araşdırmalar aparılmaqla qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi təmin edilib”.
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ












