Mingəçevir və Zaqatala polisləri şəhid, qazi ailələrini ziyarət ediblər - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları Ramazan bayramı ilə əlaqədar torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ailələrini, qaziləri və aztəminatlı soydaşlarımızı ziyarət ediblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şəhid ailələri və qazilərlə görüşdə qəhrəmanlarımızın igidlik salnamələrindən danışılıb, onların hünərinin qəlbimizdə əbədi yaşayacağı vurğulanıb. Aztəminatlı ailələrin də evində qonaq olan polislər onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar. Ümumilikdə şəhər ərazisində 30 ailə ziyarət olunub və gətirilən bayram sovqatları onlara təqdim edilib.
Zaqatala Rayon Polis Şöbəsinin də əməkdaşları bayram münasibətilə şəhidlərimizin və aztəminatlı vətəndaşlarımızın evlərində qonaq olublar. Görüşlər zamanı onların qayğıları ilə maraqlanılıb, söhbətlər aparılıb. Ailələrə bayram sovqatları təqdim olunub.
Təbriz
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO

















