Mobillikdə təhlükəsizlik necə təmin olunur? - Bolt mövzunu müzakirəyə çıxardı

Martın 19-da Bakı, Ritz-Carlton otelində Bolt şirkəti tərəfindən “Mobillikdə təhlükəsizlik və məsuliyyət” mövzusunda tədbir keçirilib. Tədbirdə müxtəlif tərəfdaş qurumların nümayəndələri, o cümlədən AmCham təmsilçiləri iştirak edib.
Avtosfer.az xəbər verir ki, tədbirin əsas məqsədi mobillik sahəsində təhlükəsizlik standartlarının müəyyən edilməsi, platformada tətbiq olunan həllərin təqdim olunması və tərəfdaşlarla əməkdaşlıq imkanlarının müzakirəsi olub.
Tədbirin əsas çıxışçısı Bolt-un Dövlət əlaqələri, təhlükəsizlik və uyğunluq üzrə nümayəndəsi Keytrin Merker (Katherine Mercer) olub. O, çıxışında təhlükəsizliyin Bolt üçün əsas prioritet olduğunu və bu istiqamətdə davamlı olaraq işlərin aparıldığını vurğulayıb:
“Təhlükəsizlik bizim üçün ən yüksək prioritetdir. Platformamızda insidentlər nadir hallarda baş versə də, hər bir belə hal bizim üçün qəbuledilməzdir. Bu sahədə irəliləyiş əldə etmək üçün təhlükəsizliyi bütün proseslərə inteqrasiya etmək, sistemlərimizi davamlı təkmilləşdirmək və sürücü tərəfdaşlarımızla sıx əməkdaşlıq etmək vacibdir.”
Çıxış zamanı Bolt platformasında tətbiq olunan təhlükəsizlik tədbirləri də ətraflı təqdim olunub. Qeyd edilib ki, səfərdən əvvəl sürücülərin şəxsiyyətinin təsdiqi həm süni intellekt, həm də insan yoxlaması ilə həyata keçirilir, avtomobil məlumatları sistemdə qeydiyyata alınır və sərnişinlər üçün görünən olur.
Daha sonra Bolt-un Azərbaycanda Dövlət əlaqələri üzrə rəhbəri Maarifə Paşayeva platformada tətbiq olunan texnoloji təhlükəsizlik həlləri haqqında təqdimatla çıxış edib. O, real vaxt izləmə, məlumatların şəffaflığı, hesabat və şikayət mexanizmləri, eləcə də platforma nəzarət alətləri barədə ətraflı məlumat verib.
Bununla yanaşı, o qeyd edib ki, hazırda Bolt platformasında yeni “Ambulans” kateqoriyasının istifadəyə verilməsi istiqamətində müzakirələr aparılır. Bu təşəbbüs çərçivəsində istifadəçilər tətbiq vasitəsilə təcili tibbi yardım çağırmaq imkanı əldə edəcək və xidmətin bir neçə klinika ilə tərəfdaşlıq əsasında həyata keçirilməsi planlaşdırılır.
Tədbir açıq müzakirə sessiyası ilə davam edib. İştirakçılar mobillik sahəsində təhlükəsizlik standartlarının inkişafı, dövlət qurumları ilə əməkdaşlıq və gələcək təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.
Tədbirin sonunda Katherine Mercer təhlükəsizliyin bütün tərəflərin birgə məsuliyyəti olduğunu vurğulayıb:
“Mobillikdə təhlükəsizlik tək bir şirkətin həll edə biləcəyi məsələ deyil. Bu, həm sürücülərin, həm sərnişinlərin, həm də platformaların birgə məsuliyyətidir. Biz Azərbaycanda bu prosesin etibarlı tərəfdaşı olmağa və standartları daha da yüksəltməyə davam edəcəyik.”
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ













