“Moskva” kreyserinin batmazdan az öncə çəkilmiş görüntüləri yayılıb - VİDEO

Ukrayna mediası Rusiyanın “Moskva” kreyserinin Qara dənizdə batmazdan az öncə çəkilmiş fotolarını paylaşıb.
Avtosfer.az xəbər verir ki, fotolarda “Slava” sinfinə aid kreyserin ağır zədə aldığı və gəmidən qara tüstü qalxdığı görünür.
Fotolar ilk dəfə araşdırmaçı jurnalistika ilə məşğul olan OSINTtechnica səhifəsi tərəfindən “Twitter“də paylaşılıb.
Müəllif bildirib ki, fotoların Rusiyanın “Moskva” kreyserinə aid olduğu və batmazdan əvvəl çəkildiyi ehtimal edilir: “Mən bunun həqiqiliyini təsdiqləyə bilmirəm, lakin bu “Slava” sinfinə aid kreyserdir və düşünmürəm ki, onlardan hər hansı biri (daha əvvəl- red) bu şəkildə məhv edilib”.
Qeyd edək ki, Rusiya Qara Dəniz donanmasının flaqmanı olan “Moskva” aprelin 14-də Qara dənizdə batıb. Ukrayna kreyserin “Neptun” raketi ilə vurulduğunu bəyan edib. Rusiya Müdafiə Nazirliyi isə gəminin sursatların partlaması nəticəsində baş vermiş yanğın səbəbi ilə zədələndiyini və fırtınalı şəraitdə batdığını bəyan edib.
APA
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA












