Naxçıvan Beynəlxalq Hava Limanında 36 yaşlı kişi həbs edildi

Naxçıvan Beynəlxalq Hava Limanında 36 yaşlı kişi həbs edilib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə noyabrın 6-da baş verib.
Təqsirləndirilən şəxs A.B. izahatında bildirib ki, noyabrın 6-da Bakıya getmək üçün hava limanına gedib. Biletinin uçuş vaxtı keçdiyinə görə yeni bilet almaq üçün növbə tutduqdan sonra kassanın yanında olan oturacaqlarda bir qızın əyləşdiyini görüb, həmin qızla danışıb və daha sonra çölə çıxıb siqaret çəkiblər.
Zərərçəkən C.D. isə bildirib ki, 6 noyabr 2025-ci ildə Bakı şəhərindən gələn dostunu qarşılamaq üçün hava limanına gəlib. Hava limanının qarşısında təyyarənin enməsini gözlədiyi zaman bir nəfər tanımadığı şəxs sərxoş vəziyyətdə ona yaxınlaşaraq çay içməyə getməyi təklif edib. O, ehtiyac olmadığını bildirib və skamyada əyləşib. A.B. də onun yanında oturaraq əlini onun boynuna salmaq istədiyi üçün binadan çölə çıxıb. Bu zaman A.B. ona bir daha ona yaxınlaşıb. C.D. zəng gəldiyi üçün telefonu açmaq istəyərkən onun telefon açmağına icazə verməyərək telefonu ondan almağa çalışıb.
C.D. hava limanına daxil olaraq oturacaqda əyləşib, A.B.-dən uzaqlaşmaq istəsə də, bunu edə bilməyib. Bundan sonra oradan keçən hava limanı əməkdaşına A.B.-nin onu narahat etdiyini deyib.
Təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək doqquz gün müddətinə inzibati qaydada həbs edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












