Naxçıvan gömrükçüləri 106 kq narkotik vasitə aşkarladı

Naxçıvan gömrükçüləri tərəfindən daha iki fakt üzrə narkotik qaçaqmalçılığı cəhdlərinin qarşısı alınıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Polşa Respublikasına dekorativ daş yükü və hamam ləvazimatı aparan, Türkiyə Respublikası vətəndaşının idarə etdiyi 76AAH601/76AAJ764 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinə Culfa dövlət sərhədindən buraxılış məntəqəsində risk məlumatı əsasında gömrük baxışı həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusuna yüklənmiş 51 ədəd duş kabin üçün plastik vanna altlığında xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 102 kiloqram 740 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Həmin nəqliyyat vasitəsinin ardınca Naxçıvan Muxtar Respublikası ərazisinə tranzit giriş edən, hərəkət marşrutu, yükü, idxalatçı və ixracatçının rekvizitləri eyni olan, Türkiyə Respublikası vətəndaşının idarə etdiyi 76AAH493/76AAK425 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinə Culfa dövlət sərhədindən buraxılış məntəqəsində gömrük baxışı həyata keçirilən zaman isə nəqliyyat vasitəsinin qoşqusuna yüklənmiş 2 ədəd duş kabin üçün plastik vanna altlığında gizlədilmiş ümumi çəkisi 4 kiloqram 230 qram olan narkotik vasitə - heroin aşkar olunub. Oxşar gizlətmə üsulundan istifadə edilməklə törədilmiş hər iki qaçaqmalçılıq əməli üzrə aşkarlanmış narkotik vasitənin ümumi xalis çəkisi 106 kiloqram 097 qram təşkil edib.
Qeyd olunan faktlarla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsinə (Qaçaqmalçılıq) uyğun olaraq hər iki şəxs barəsində cinayət işi açılıb.
İlham Əliyev Baxış Babayevlə bağlı SƏRƏNCAM imzaladı
Bu dəmir yolu marşrutu üzrə bayram reysləri təyin edildi - FOTO
10 Azərbaycan vətəndaşı 38 gün Ermənistanda qalıb
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB










