Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris ili başlayıb - FOTO/VİDEO

2022-ci yeni tədris ilinin başlanması ilə əlaqədar keçirilən təntənəli mərasimlərdə ötən tədris ilində şəxsi heyətin hərbi-peşəkar hazırlığının və fiziki dözümlülüyünün, heyət, bölmə, hissə və birləşmələrin, idarəetmə orqanlarının hazırlığının yüksəldilməsi, eləcə də təyinata uyğun döyüş və digər tapşırıqların yerinə yetirilməsi üçün tələb olunan səviyyədə təkmilləşdirilməsi tapşırıqlarının və ümumilikdə planlaşdırılmış tədbirlərin tam həcmdə icra olunduğu qeyd edilib.
Müdafiə Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, mərasimlərdə yeni tədris ili üçün əsas məqsəd və vəzifələr diqqətə çatdırılaraq “Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən məşğələ və təlimlərin davamlı keçiriləcəyi bildirilib. Bölmə komandirləri öhdəçilik götürərək digər bölmə komandirlərini də yeni tədris ilində döyüş hazırlığı üzrə ən yaxşı olmaq üçün yarışlara dəvət ediblər.
Naxçıvan Qarnizonunda qoşunların və qərargahların birgə fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yaradılmış koordinasiya qrupu yerinə yetirilən fəaliyyətlərin təkmilləşdirilməsi üçün birləşmə və hərbi hissələrdə olub, bölmələrin maddi-tədris bazaları, poliqonlar, təlim döyüş texnikaları, ştat kateqoriyasına uyğun olaraq şəxsi heyətin silahı və döyüş təchizatı yoxlanılıb.
Müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı şəxsi heyət tərəfindən vəzifələrin öyrənilməsi, bölmələrin tapşırıqlarının dəqiqləşdirilməsi, həyəcan siqnalı ilə qaldırılması, cəmləşmə rayonlarına çıxarılması, gizli idarə olunması və qəfil ortaya çıxan tapşırıqların icrası üzrə məşqlər və təlimlər müxtəlif səviyyələrdə növbəti bir neçə gündə də davam edəcək.
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO




















