Naxçıvanda məmurların işdən çıxmasının DETALLARI

Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyində bir neçə gün əvvəl baş verən kadr dəyişiklikləri ilə bağlı yeni detallar məlum olub. Öz ərizələri ilə vəzifəsindən ayrılan şəxslər arasında Qoşqar Kamilli və Pənah Mehdiyev də var.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, işdən çıxdıqdan sonra hər iki şəxs haqqında əsasən sosial şəbəkələrdə qarayaxma kampaniyası başladılıb.
Həmin paylaşımlardan birində Qoşqar Kamillinin Ali Məclisdə işlədiyi dövrdə guya işə şortla gəldiyi iddia olunub. Lakin onun yaxınları və iş həmkarları bu paylaşımlara reaksiya verərək məlumatların həqiqəti əks etdirmədiyini, tamamilə cəfəngiyyat olduğunu bildirirlər. Bu da öz növbəsində şəxslərin işgüzar nüfuzuna qərəzli şəkildə xələl gətirən addımlar kimi qiymətləndirilməlidir.
Məsələ budur ki, Q.Kamilli və P.Mehdiyev fəaliyyət göstərdikləri sahələr üzrə peşəkar mütəxəssis kimi tanınıb və həm əvvəlki, həm də Naxçıvandakı fəaliyyətləri dövründə həyata keçirdikləri layihələrlə seçiliblər. Qoşqar Kamillinin Naxçıvanda ağıllı idarəetmə sistemlərinin qurulması və tətbiqi, o cümlədən təhlil və strateji planlaşdırma prosesində əsas rol oynadığı bildirilir.
Qoşqar Kamilli və Pənah Mehdiyevin vəzifədən ayrılmasının əsas səbəbi isə onlara təklif edilən yeni əmək şəraitinin şərtləri ilə razılaşmamaları olub. Belə ki, onlara daha aşağı əməkhaqqı ilə müddətli əmək müqaviləsi bağlamaq təklif edilib. Bu səbəbdən işdən ayrılmaq qərarına gəliblər.
Qeyd edək ki, Qoşqar Kamilli və Pənah Mehdiyev bundan əvvəl Bakıda müxtəlif rəhbər vəzifələrdə çalışıblar. Sonradan dəvət əsasında Naxçıvana gediblər.
Fotoda Qoşqar Kamilli

Fotoda Pənah Mehdiyev

Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO
Vasif Talıbovun qardaşının əmlakına görə məhkəmə çəkişməsi
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
Taksi sürücüləri üçün vacib xəbər - TARİX AÇIQLANDI
Xalq artisti vəfat etdi - FOTO












