Naxçıvanda tank bölməsi qəfil yoxlanıldı - FOTO - VİDEO

“Birləşmə və hissələrdə döyüşə hazırolmanın qəfil yoxlanılması” planına əsasən Əlahiddə Ümumqoşun Ordunun Mərkəzi Qərargahı tərəfindən bölmələr yoxlanılır. Növbəti dəfə tank bölmələrindən biri qəfil yoxlanılıb.
Avtosfer.az xəbər verir ki,bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Yoxlanılan tank bölməsi “Həyəcan” siqnalı ilə qaldırılaraq təyinat rayonuna çıxarılıb. Səhra döyüşü idarəetmə məntəqəsində müdafiə və hücum əməliyyatları planlaşdırılıb, müxtəlif fəaliyyətlər üzrə hesabatlar aparılıb və bölmənin tapşırıqları dəqiqləşdirilib. Tank bölməsinin uzaq məsafələrə yüksək templə hücum etmək imkanlarının qiymətləndirildiyi qəfil yoxlamada hücum edən bölmələrin dəstəklənməsi, düşmənin atəş nöqtələrinin məhv edilməsi və müdafiə sisteminin yarılması tapşırıqları icra edilib. Yoxlama zamanı əsas diqqət hədəfləri dəqiqliklə məhv etmək, düşmən piyadalarının əhvalını çökdürmək və düşmənin atəş zərbələrindən qorunmaq vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib. Plana uyğun olaraq digər bölmələrdə də döyüşə hazırolmanın qəfil yoxlanılması davam etdiriləcək.
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ












