Nazirin həmin videosu ilə bağlı - Rəsmi açıqlama

Maliyyə naziri Sahil Babayevin dekabrın 12-si Fəxri xiyabanı ziyarəti zamanı yayılan görüntüləri müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, videoda nazirin avtomobilinə doğru hərəkət edərkən vətəndaşlardan birinin ona yaxınlaşdığı və Sahil Babayevin probleminin həll olunmasını istəyən şəxsi yanındakı əməkdaşlara yönləndirməsi öz əksini tapıb.
“Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün Maliyyə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən müraciətimizə cavab olaraq bildirilib ki, anım günündə müraciət edən vətəndaşlar nazirliyin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev tərəfindən yerindəcə qəbul olunub və müraciətləri baxılması üçün “Vətəndaşların müraciətləri haqqında” Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə təqdim olunub: “Müraciətlərin mahiyyəti Maliyyə Nazirliyinin fəaliyyət dairəsinə aid olmadığı nəzərə alınaraq, araşdırılması üçün müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına göndərilib”.
Xatırladaq ki, Sahil Babayev 2018-ci ildən bu ilin fevralına qədər əmək və əhalinin sosial müdafiəsi naziri olub.
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA
Bu yolda sürət həddi AZALDILDI
Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq












