Nazirlik həyəcan təbili çalır: Azərbaycanda su ehtiyatları AZALIR - VİDEO

Bütün dünyada qlobal problemlərdən biri də su qıtlığıdır. Son illər müşahidə edilən iqlim dəyişiklikləri vəziyyəti daha da ağırlaşdırır. Proseslər ölkəmizdən də yan keçmir. Son 30 ildə Azərbaycanın su ehtiyatları xeyli azalıb. Bəs görəsən bu problemdən çıxış yolu nədir ? Artıq bu istiqamətdə bir sıra tədbirlərə start verilib.
Son 30 ildə ölkəmizdə su ehtiyatları 10-15 faiz azalıb. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Faiq Mütəllimov deyib. Onun sözlərinə görə, xüsusilə iqlim dəyişiklikləri, əhalinin sayının artması bütün dünyada olduğu kimi Azərbaycanda da su ehtiyatlarının azalmasına səbəb olur. Şöbə müdiri bildirib ki, yerüstü su ehtiyatlarımızın 70 faizə qədəri qonşu ölkələrin ərazisində formalaşır. Azərbaycanın coğrafi baxımdan aşağı axında yerləşməsi də su qıtlığına səbəb olan amillərdən biridir. Faiq Mütəllimov vurğulayıb ki, problemin qarşısını almaq üçün müəyyən tədbirlər həyata keçiriləcək. Belə ki, dağ çaylarında suyun toplanması və əlavə su ehtiyatlarının formalaşdırılması məqsədi ilə yeni su anbarlarının tikilməsi nəzərdə tutulub. Şöbə müdiri əlavə edib ki, azad olunmuş ərazilərdə mövcud olan su ehtiyatları araşdırılır. Artıq bununla bağlı ilkin nəticələr də əldə olunub. Faiq Mütəllimov vurğulayıb ki, suvarma kanalları restarvasiya olunduqdan sonra kənd təsərrüfatında yaşanan su qıtlığı qismən də olsa aradan qaldırıla bilər. Qeyd edək ki, hazırda ölkəmizdə su ehtiyatlarının qiymətləndirilməsi və dəqiq uçotunun aparılması məqsədilə hidroloji şəbəkə avtomatlaşdırılır. Son iki il ərzində ölkənin əsas çaylarında 25 belə stansiya quraşdırılıb.
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ












