Nazirliyin sabiq şöbə müdiri İngiltərədə qəsr alıb - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin keçmiş müdiri Elnur Süleymanov İngiltərədə mülk alıb.
Avtosfer.az-ın məlumatına görə, bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.
O bildirib ki, 2016-2020-ci illərdə nazirlikdə şöbə müdiri işləmiş E.Süleymanov İngiltərədə 350 illik tarixi olan binanı (hotel) 1,4 milyon funt sterlinq (3 milyon manatdan artıq) vəsait ödəyərək alıb. Hotel onun həyat yoldaşının adına rəsmiləşdirilib.
Məlumatda həmçinin qeyd edilib ki, sabiq şöbə müdirinin Çexiyanın məşhur Karlovi Varı kurort şəhərində də daşınmaz əmlak şirkəti var.
Xatırladaq ki, E.Süleymanov 2013–2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, hazırda həbsdə olan Səlim Müslümovun vaxtında işləyib.



“Qafqazinfo”
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO











