“Necə yəni, axı ona maşın da almışam...” - Abel Məhərrəmov

“Ən çox güzəştə getdiyim bilirsiz nə olub?! Düzünü danışmaq lazımdır. Görürsən ki, tələbədir, təqaüdə ehtiyacı var. Qayda belədir də, imtahanda 91 və ondan yuxarı bal yığan tələbə yüksək təqaüd alır. Nümunə gətirdiyim isə 89-90 bal alıb. Yəni 1 balı çatmır. 5 ballıq sistemdə 4-5 almaq ayrı şeydir, 100 ballıq sistemdə 90-la 91-in arasında o qədər fərq yoxdur. Komissiya yaradırdım, deyirdim ki, o tələbəyə kömək edin”.
Avtosfer.az xəbər verir ki, bu sözləri RTV-yə müsahibəsində BDU-nin sabiq rektoru Abel Məhərrəmov deyib.
O, kəsiri olan tələbənin valideyni ilə bağlı üzləşdiyi maraqlı hadisəni danışıb:
“Yenicə rektor təyin olunanda Boloniya sisteminə qoşulmuşduq. Valideynlərin hamısı sovet sistemində oxuyublar, gənclər isə Boloniya sistemində. Biri gəlib deyir ki, hörmətli rektor, 4 il keçib, siz uşağı kəsrə görə diplomunu saxlamısınız və deyirsiniz ki, yenə oxumalıdır. Deyirəm, kəsrləri qalıb, oxumalıdır. Deyir, necə yəni, axı ona maşın da almışam. Deyirəm, niyə maşın almısan? "Uşağım mənə deyir ki, mən 25 bal, 49 bal, 50 bal almışam. Mən 5 ballıq sistemdə oxuyanda heç 4-5 ala bilmirdim, o isə 25 bal.
Sovet sistemində 5 ballıq idi, indi isə 100 ballıqdır. Gərək 51-dən yuxarı bal yığasan. Uşaq gedib valideynini çaşdırıb. Deyirəm, a kişi, bunun 6 fənndən kəsiri qalıb.
Ona görə mən uzun illər valideynlərə məktub yazanda həm 5 ballı sistemdə göstərirdim, həm də 100 ballıq sistemdə. Bir müddətdən sonra valideynlər buna öyrəşdi. Əlbəttə, vəzifədə olan adama müraciətlər olur”.(yeni.sabah)
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












