"Nəqliyyat Könüllüləri" proqramı üçün namizədlərin seçiminə başlanıldı - FOTOLAR

Bakı Nəqliyyat Agentliyinin sayca 4-cü "Nəqliyyat Könüllüləri" proqramında iştirak üçün müraciət edən namizədlərin seçiminə başlanılıb.
BNA-dan Avtosfer.az-a verilən məlumata görə, proqrama müraciət edən 339 namizəd arasından 120 nəfəri müsahibə mərhələsinə seçilib. Müsahibə mərhələsində namizədlərin şəxsi keyfiyyətləri, müxtəlif sahələr üzrə bilik və bacarıqları, nəqliyyat sahəsinə olan maraqları qiymətləndirilib. Könüllü olmaq istəyən şəxslərin, əsasən, motivasiyası, bilik və bacarıqlarına xüsusi diqqət yetirilib, eləcə də dil bilikləri yoxlanılıb. Müsahibənin nəticələri barədə namizədlərə məlumat bildiriləcək.
Ölkə başçısının dövlət qurumlarına çağırışına əsasən, Bakı Nəqliyyat Agentliyi "Nəqliyyat Könüllüləri" proqramını müvəffəqiyyətlə həyata keçirir. Proqramın başlıca məqsədi Agentliyin Bakının mobilliyi, əlçatanlığı və təhlükəsizliyi istiqamətində həyata keçirdiyi fəaliyyətlərə könüllülər vasitəsilə dəstək olmaq, sərnişinləri və sakinləri maarifləndirməkdir.
Xatırladaq ki, 2021-ci ildə keçirilən könüllülük proqramı çərçivəsində 47 nəfər iştirak edib, 33 nəfər məzun adını qazanıb, 2 nəfər ilin könüllüsü seçilib, 4 nəfər isə Bakı Nəqliyyat Agentliyində işlə təmin olunub.


.jpeg)
.jpeg)

Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO











