"Niva"nın baqajından narkotik çıxdı - Balakəndə əməliyyat - FOTO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat tədbiri həyata keçirilib. Narkotikin kultivasiyası, alqı-satqısı ilə məşğul olan 5 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayonun Tülü kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Ceyhun Xəlilov əmisi oğlu Şahin Xəlilov və tanışı Rüfət İbrahimovla idarə etdiyi "Niva" markalı avtomobillə hərəkətdə olarkən polislər tərəfindən saxlanılıblar. Nəqliyyat vasitəsinin yük hissəsinə baxış keçirilən zaman oradan 104 ədəd çətənə bitkisi aşkar edilib. Araşdırma zamanı həmin şəxslərin narkotik vasitəni Qabaqçöl qəsəbəsi ərazisində becərmək üçün apardıqları, yetişdirib satacaqları təqdirdə isə əldə edəcəkləri qazancı öz aralarında böləcəkləri barədə razılaşmaları olduğu məlum olub.
Keçirilən digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə narkotik vasitələrin kultivasiyası və qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Qullar kənd sakini, əvvəllər də analoji cinayət əməllərinə görə məhkum olunmuş Mahir Orucov saxlanılıb. Onun idarə etdiyi "VAZ-21099" markalı avtomobilə baxış keçirilən zaman dağlıq əraziyə becərmək üçün apardığı 12 ədəd çətənə bitkisi aşkar edilib. Davam etdirilən tədbirlərlə M.Orucovun yaşadığı ünvana da baxış keçirilib. Oradan isə 450 qramdan artıq qurudulmuş marixuana aşkarlanıb.
Digər bir əməliyyat zamanı narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan rayon sakini Elçin Musayev saxlanılıb. Şəxsi axtarış zamanı corablarında gizlətdiyi kibrit qutularındakı qurudulmuş marixuana ondan maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.







Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












