Nöqsanlar aşkarlanan spirtli içki sexi bağlandı

Bakıda spirtli içkilərin istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, paytaxtın Nərimanov rayonu, A.Hacıyev küç., ev 4 ünvanında fəaliyyət göstərən “Organic Green Line” QSC-yə məxsus spirtli içkilərin istehsalı müəssisəsində aparılan plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitariya norma və qaydalarına riayət edilmədiyi, dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı aşkar olunub. Həmçinin “Organic Green Line” əmtəə nişanlı spirtli içkinin etiket məlumatlarının reseptura ilə uyğunluq təşkil etmədiyi müəyyən edilib. Belə ki, resepturaya əsasən, istehsal prosesində sirop istifadə olunmadığı halda, etiket məlumatlarında məhsulun tərkibində təbii baldan hazırlanmış sirop olduğu göstərilib. Aşkar olunmuş nöqsanlarla bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ












