"Norwegian" Ukrayna üzərindən uçuşları dayandırıb

Norveçin "Norwegian" aviaşirkəti Ukrayna üzərindən uçuşları müvəqqəti dayandırıb.
Avtosfer.az-ın məlumatına görə, bu barədə TV2 xəbər verir.
Şirkətdən verilən məlumata görə, bu qərar təhlükəsizlik riskinin artması səbəbindən qəbul edilib.
"Biz bu qərarı təhlükəsizlik vəziyyətinin təhlili əsasında qəbul etdik. Müvəqqəti olaraq Ukrayna üzərindən uçmamaq qərarına gəldik", - deyə şirkətin sözçüsü Esben Tuman bildirib.
Qeyd edək ki, Niderlandın KLM aviaşirkəti də Ukrayna üzərindən uçuşları dayandırıb. Qərar "Rusiyanın Ukraynaya mümkün müdaxiləsi" ilə bağlı narahatlıqlar fonunda qəbul edilib. Norveç və bir neçə ölkənin hökuməti təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar həmvətənlərini Ukrayna ərazisini tez bir zamanda tərk etməyə çağırıb. Rusiya Federasiyası Ukraynaya qarşı hazırlanan işğalla bağlı məlumatları təkzib edir.
APA
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ












