Nuran Abdullayev Almaniya Azərbaycanlıları Alyansının sədri seçilib

Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədri vəzifəsinə seçkilər keçirilib.
Avtosfer.az xəbər verir ki, bu vəzifəyə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev seçilib.
N.Abdullayev daha əvvəl Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinə sədr müavini olub.
Xatırladaq ki, N.Abdullayev uzun illərdir Almaniyanın Köln Universiteti Klinikasının şöbə müdiri və həkimidir.
Aktiv diaspor fəaliyyəti ilə məşğul olan həmvətənimiz həmçinin tibb elmi sahəsində onlarla elmi tədqiqatın müəllifidir.
Onun müəllifi olduğu elmi tədqiqatlar-araşdırmalar və tibb elminə gətirdiyi yeniliklər dünyaca nüfuzlu jurnallarda dərc olunaraq geniş oxucu kütləsinə təqdim edilib. O, beynəlxalq elmi arenada insult xəstələri ilə bağlı nüfuzlu elmi jurnallarda ən çox elmi tədqiqatları dərc olunan və aktiv elmi fəaliyyətlə məşğul olan ilk gənc azərbaycanlı kimi tanınır.
N.Abdullayev COVID-19 virusu ilə bağlı dünya elminə mühüm elmi tədqiqatlar və ciddi elmi nəticələr təqdim edən ilk azərbaycanlı alimdir.
O, Almaniyada insult xəstələrində beyin əməliyyatlarını icra edən ən gənc həkimlərdən biridir.
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ












