Ötən ay Bakıda avtobuslarla 39,4 milyon səfər sayı qeydə alınıb

2022-ci ilin mart ayında Bakı şəhərində müntəzəm marşrut xətləri üzrə 39.4 mln sərnişin səfər sayı qeydə alınıb.
Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, qeydə alınan 64%-i nağdsız ödnişlə həyata keçirilib. Vətəndaş müraciətləri nəzərə alınmaqla iki yeni müntəzəm marşrut xətti təşkil edilib. Nəticədə gündəlik 1700 nəfərdən artıq vətəndaşın ictimai nəqliyyata əlçatanlığı təmin edilib. 9 müntəzən marşrut xətti üzrə isə hərəkət sxemi təkmilləşdirilib.
Hesabat dövründə paytaxtın inzibati ərazisində 445 yol nişanı quraşdırılıb ki, bu da illik hədəfin 30% deməkdir. 143 piyada keçidi yenilənib. 9 ünvanda isə yeni piyada keçidləri təşkil edilib. 5 piyada keçidi isə sarı döyünən işıqla təchiz edilib. 8 küçə və prospektdə təhlükəsizlik səviyyəsi artırılıb. Nəqliyyat tələbatı nəzərə alınmaqla 4 məntəqədə 18 pakrlanma yeri təşkil edilib. Yol hərəkətinin təşkili və infrastruktur işləri çərçivəsində 2 təhsil müəssisəsinin ətrafında sürət həddi 30 km/s-a endirilib. Nəticədə piyadaların təhlükəsizliyi təmin edilib və qəzaların başvermə riski azaldılıb.
Cari ilin mart ayında Agentliyə 1448 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 92% cavablandırılıb. “Alo141” çağrı mərkəzi üzərindən 5120, sosial şəbəkələr üzərindən isə 324 müraciət cavablandırılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə şikayət xarakterli müraciətlərin sayı 33% azalıb, məmnunluq səviyyəsi isə 18 % artıb. Pandemiya şərtləri nəzərə alınmaqla 92 nəfər vətəndaşın qəbulu həyata keçirilib.
Naxçıvana uçuşlar təxirə salındı - AZAL səbəbini açıqladı
İlham Əliyev Baxış Babayevlə bağlı SƏRƏNCAM imzaladı
Bu dəmir yolu marşrutu üzrə bayram reysləri təyin edildi - FOTO
10 Azərbaycan vətəndaşı 38 gün Ermənistanda qalıb
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT








