Ötən il Azərbaycan üzərindən daşınan yüklərin həcmində kəskin artım olub

"Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaş və həm Orta Dəhlizdə, həm də Şimal-Qərb dəhlizində fəal iştirak edən və investisiya yatıran yeganə ölkə olduğunu bildirib".
Avtosfer.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov paylaşım edib.
Deputatın sözlərinə görə, Azərbaycan regionda beynəlxalq nəqliyyat dəhlizlərinin genişlənməsinə ən çox töhfə verən dövlətlərdəndir:
"Bu, Azərbaycan daxil olmaqla bölgə üzərindən daşınan yüklərin həcminin artmasına səbəb olmaqdadır. Bəs 2025-ci ildə Azərbaycan vasitəsilə daşınan yüklərin həcmi necə dəyişib? Yükdaşımalar Azərbaycana nə qədər iqtisadi dividend gətirir?
2025-ci ildə Cənub-Qərb dəhlizi vasitəsi ilə Azərbaycan üzərindən daşınan yüklərin həcmində kəskin artım olub. Belə ki, 2024-cü ildə sözügedən dəhliz vasitəsilə Azərbaycan üzərindən 394.2 min ton yük daşınmışdısa, bu göstərici ötən ilin yekununda 533.6 min ton olub. Bu, Cənub-Qərb dəhlizi vasitəsilə daşınan yüklərdə 35 faiz artım deməkdir.
Azərbaycan Prezidentin çıxışında qeyd etdiyi kimi, ölkəmiz Şərq-Qərb dəhlizi üzrə vacib tərəfdaşlardandır. 2025-ci ildə Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 16 milyon 909 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 8 milyon 173 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 9 milyon 289 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 5 milyon 804 min ton olub. Qlobal geosiyasi təhdidlərə baxmayaraq, əvvəlki illə müqayisədə 2025-ci ildə Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi stabilliyini qoruyub saxlaya bilər".
"Azərbaycanın yükdaşımalardan əldə etdiyi gəlirdə daha çox paya Şərq-Qərb nəqliyyat dəhlizi malikdir: 324.4 milyon manat. Azərbaycanın yükdaşımadan gəliri Şimal-Cənub nəqliyyat dəhlizi üzrə 128.7 milyon manat, Şimal-Qərb üzrə 113.2 milyon manat və Cənub-Qərb üzrə 190.7 min manat olub.
Bu o deməkdir, Azərbaycanın nəqliyyat dəhlizləri ilə yükdaşımalardan əldə etdiyi illik gəlir 566.5 milyon manatdır. Göründüyü kimi, beynəlxalq yükdaşımalardan əldə edilən gəlir qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmalarda mərhələli şəkildə xüsusi paya malik olmaqdadır", - deyə V.Bayramov qeyd edib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












