Paytaxt Qəbələyə köçürülür?

Son vaxtlar Qəbələ şəhərində bir sıra rəsmi tədbirlərin keçirilməs paytaxtın köçürülməsi ilə bağlı müzakirələri gündəmə gəlib. Coğrafi mövqeyi və təbii şəraiti üstünlük kimi qeyd olunsa da, Bakı ilə müqayisədə mövcud imkanları və standartlara uyğunluğu suallar doğurur.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, paytaxtın köçürülməsi absurd fikirdir.
Ekspertin sözlərinə görə, dövlətin bir çox tədbirlərinin Qəbələdə keçirilməsi üçün yaxşı şərait var. Çox müsbət haldır ki, xüsusilə tıxac şəraitində rəsmi tədbirlər orada keçirilir. Həm də ola bilsin ki, təhlükəsizlik məsələləri daha yaxşı həll oluna bilir, xüsusilə indiki gərgin vaxtda… Çünki Azərbaycanın ortasında yerləşir. Bakının paytaxt kimi formalaşması, infrastrukturun bu yerə gəlməsinə yüz milyardlarla pul xərclənib. Təkcə müstəqillik dövründə deyil, Sovet dövründə də, ondan da əvvəl – XVIII-XIX-cu əsrlərin ortalarından Bakının paytaxt kimi formalaşdırılması istiqamətində işlər gedib, yatırımlar edilib. Böyük investisiyadan söhbət gedir. İndi götürüb bu qədər binaları başqa yerdə tikmək və s. ölkə üçün əlavə yük yaradar, ölkənin resurslarının səmərəsiz xərclənməsinə gətirib çıxara bilər. Belə düzgün seçim olsaydı, onda hamı paytaxtı götürüb ərazilərdə gəzdirərdi, bütün ərazilər inkişaf etmiş olardı. Ümumiyyətlə, paytaxtın dəyişdirilməsi ilə bağlı müzakirələrin heç bir arqumentini xüsusilə inkişaf məqsədilə əlaqələndirəndə qəbul və düzgün hesab etmirəm”.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












