Pişiyinə işgəncə verən futbolçu həbs oluna bilər

“Çelsi”nin sabiq futbolçusu, “Vest Hem”in mərkəz müdafiəçisi Kurt Zuma həbs oluna bilər.
Avtosfer.az xəbər verir ki, buna səbəb fransalı futbolçunun öz pişiyinə işgəncə verməsidir. O, pişiyini təpikləyib, onun üzərinə ayaqqabı tullayıb. Həmin anların videosunu oyunçunun qardaşı çəkib. Sözügedən video sosial şəbəkədə narazılıqla qarşılanıb. Zuma daha sonra etdiyi hərəkətə görə üzr istəyib. Lakin müdafiəçinin həbs olunma ehtimalı qalır. Valideynləri Mərkəzi Afrika Respublikasından olan 27 yaşlı fransalı futbolçu pişiyinə evdə qarışıqlığa səbəb olduğu üçün qəzəbləndiyini söyləyib: “Davranışıma görə çox üzr istəyirəm. Hərəkətlərim üçün heç bir bəhanə yoxdur. Videonu izləyərkən məyus olanlardan da üzr istəyirəm. Hər kəsi əmin edə bilərəm ki, evimizdəki hər iki pişik sağlamdır”. Qeyd edək ki, ötən ilin yayında Böyük Britaniya parlamentində qəbul edilən qanuna əsasən, heyvanlara işgəncə verənlərə tətbiq olunan cəza 5 ilə qədər artırılıb. Əvvəllər heyvanlara əziyyət verənlərə 6 ay cəza verilirdi.
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ












