Piyadanın ölümünə səbəb olan sürücü hakim qarşısında

Balakəndə ölümlə nəticələnnə yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Faiq Həşimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Avtosfer.az xəbər verir ki, Balakən Rayon Məhkəməsinə göndərilən iş hakim Zamin Tahirovun icraatındadır.
Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında rayonunun Heydər Əliyev prospektində baş verib.
Balakən rayon sakini Faiq İbrahim oğlu Həşimov idarə etdiyi “VAZ-2107” markalı 90 HO 133 dövlət nömrə nişanlı minik avtomobili ilə yolu keçmək istəyən şəhər sakini, 1958-ci il təvəllüdlü Bəxtiyar Əmrullah oğlu Osmanovu vurub.
Qəza zamanı ağır qapalı kəllə-beyn travması alan B.Osmanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, bir neçə saat sonra aldığı ağır xəsarətlərdən orada dünyasını dəyişib.
F.Həşimova Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












