Polis narkotacirlərə qarşı əməliyyat keçirdi - FOTO

Daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şəki şəhər sakini Pərviz Salamov, Mingəçevir şəhər sakini Feruz paşayev və Göyçay rayon sakini Emil Eyubov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, üzərlərinə şəxsi axtarış keçirilən zaman Pərviz Salamovun üzərindən çəkisi 17.481 qram narkotik maddə olan “heroin” aşkar edilərək götürülüb.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Feruz Paşayevin idarə etdiyi “KİA-Rio” markalı avtomobilə baxış keçirilən zaman oradan 1 kq 85 qram narkotik vasitə olan “heroin” və 5 kq 600 qram çəkidə nakotik vasitə olan qurudulmuş “marixuana” aşkar edilərək götürülüb. İlkin dindirilmə zamanı P. Salamov narkotik vasitəni, hələlik kimliyi istintaqa məlum olmayan İran vətəndaşından sifariş etdiyi və Gəncə şəhər ərazisindən götürdüyünü bildirib.
Şöbə əməkdaşlarının keçirdikləri daha bir uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə hesab olunan tiryək qanunsuz dövriyyədən çıxarılıb.
Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, müştəri qismində “Opel” markalı taksiyə əyləşərək Bakı şəhər istiqamətində hərəkətdə olan, Abşeron rayon sakini Rais İbrahimov Hacıqabul rayonu ərazisində saxlanılıb. Onun əlindəki sellofan torbaya baxış keçirilən zaman 5 ədəd politelen bükümlərdə ümumi çəkisi 4 kq 175 qram narkotik vasitə olan “tiryək” aşkar edilirək götürülüb.
Hər iki fakt üzrə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.






Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












