Qanunsuz istifadə etdikləri suyu qablaşdıraraq satışa çıxardılar - FOTO

İçməli sudan qanunsuz istifadə hallarının aşkarlanması və aradan qaldırılması məqsədilə “Azərsu” ASC tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində Binəqədi və Nizami rayonlarında içməli sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb. Avtosfer.az xəbər verir ki, Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsində fəaliyyət göstərən bir iaşə obyektinin içməli sudan qanunsuz istifadə etməsi barədə siqnal daxil olan kimi obyektin su təchizatı sisteminə baxış keçirilib. Məlum olub ki, burada fəaliyyət göstərən çörək və şirniyyat sexləri, eləcə də təhsil kursunun yerləşdiyi binanın sahibi yaxınlıqdan keçən su xəttinə qanunsuz qoşulub.
Rayon ərazisində fəaliyyət göstərən bir qarajda da içməli suyun talanmasının qarşısı alınıb. Araşdırmalar zamanı məlub olub ki, burada sudan qanunsuz istifadə edilməsi ilə yanaşı, böyük israfçılıq da var. İstifadədən qayıdan traktor və xüsusi texnikalar burada yuyulub təmizlənir. Obyektin daxilində bir neçə xidmət sahələri də qeyri-qanuni çəkilmiş sudan istifadə edib.
Sulutəpə qəsəbəsində yeni tikilmiş fərdi yaşayış evlərində də sudan qanunsuz istifadə edildiyi aşkarlanıb. Məlum olub ki, vətəndaşlar yaxınlıqdan keçən şəbəkə xətlərinə müxtəlif diametrli borularla qanunsuz qoşulmalar ediblər.
Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, sudan istifadə qaydalarının tələblərinə uyğun olaraq qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb.
Nizami rayonu Nəsimi küçəsi ev 32 ünvanındakı binanın birinci mərtəbəsində yerləşən obyektdə isə qeyri-qanuni birləşmə ilə şəbəkə suyu “Mono su” adı ilə qablaşdırılaraq satışa çıxarılır. Fakt aşkarlandıqdan sonra obyektin su təchizatı dayandırılıb və qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
Qeyd edək ki, 2022-ci ilin yanvar ayında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 505 fakt aşkarlanıb ki, bunun da təkcə 181-i, Binəqədi rayonunun payına düşür. Həmin hallar üzrə müvafiq olaraq 124 min kubmetr və 43 min kubmetr həcmində sərfiyyat bərpa olunub. Cari ilin yanvar ayında sudan qanunsuz istifadə ilə bağlı 9 fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.






''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










