Qazaxıstan və Çin konteyner xidmətlərini inkişaf etdirir

Qazaxıstan və Çin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM), “Çin-Avropa”, “Çin-Mərkəzi Asiya” və “Çin-Rusiya” əsas istiqamətlər üzrə konteyner xidmətlərinin birgə inkişafını müzakirə ediblər. Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, müvafiq məsələlər “QDY” MK” SC-nin İdarə Heyətinin sədri Talqat Aldıbergenov ilə “Çin Dəmir Yolları” Dövlət Korporasiyasının Direktorlar Şurasının sədri Qo Çjusyu arasında Pekində aparılan danışıqlarda nəzərdən keçirilib.
Çin tərəfi 2025-ci il üçün yük daşımalarının həcmində sistemli və davamlı artımı məmnuniyyətlə qeyd edib. Tərəflər 2026-cı ildə dövlətlərarası sərhəd keçid məntəqələri vasitəsilə daşımaların həcminin və qatar mübadiləsinin gələcəkdə artırılması planlarını açıqlayıblar. Tranzit potensialını gücləndirmək üçün tərəflər konteyner qatarlarının sayını artırmaq, qarşılıqlı əlaqə proseslərini dərindən rəqəmsallaşdırmaq və daşınmaların planlaşdırılması və idarə olunması ilə bağlı ilkin məlumat ötürülməsi barədə razılığa gəliblər.
“Alaşankou-Dostık” hissəsində ikinci yolların tikintisinin sinxronlaşdırılması, terminal qurğularının inkişaf etdirilməsi, eləcə də “Altınkol-Xorqos” və “Xorqos-Tsinxe” hissələrinin modernləşdirilməsi planlaşdırılır. Gündəliyin ayrıca bir bəndi kimi proqnozlaşdırılan yük həcmlərinin və növlərinin müəyyən edilməsi də daxil olmaqla üçüncü sərhədyanı dəmir yolu keçidi layihəsi olan “Baxtı-Taçen”in həyata keçirilməsi olub. Tərəflər, həmçinin Çindən Qazaxıstanın şəhərlərinə və Orta Asiya ölkələrinə turist qatarının işə salınmasını müzakirə ediblər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












