Qazinin saxlanıldığı qətl necə baş verib?

Xəbər verdiyimiz kimi, fevralın 13-də Bakının Binəqədi rayonunda gənclər arasında baş verən mübahisə ölümlə nəticələnib.
Rayon prokurorluğunun yaydığı məlumatda bildirilib ki, 1999-cu il təvəllüdlü Yəhya Quliyev aralarında mübahisə zamanı 1998-ci il təvəllüdlü Zamiq Həşimli və 1992-ci il təvəllüdlü Eynulla İbadovu taxta parçası ilə döyərək onlara xəsarətlər yetirib, Eynulla İbadov xəstəxanaya aparılarkən yolda ölüb. Yəhya Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
“Qafqazinfo”nun xəbərinə görə, hadisə Yəhya Quliyevin evinin önündə baş verib. Belə ki, o, gecə saatlarında evinin qarşısında səs-küy olduğunu görüb və bundan sonra çölə çıxıb. Yəhya evinin qarşısında olan şəxslərdən gecə saatlarında səs-küy salmamalarını istəyib, bundan sonra tərəflər arasında əvvəlcə mübahisə yaranıb, daha sonra mübahisə davaya çevrilib.
Yəhya Quliyevin qohumu Elvin Sultanov hadisənin necə baş verdiyini İctimai TV-yə danışıb: “Yəhya qapıdan çıxıb görüb yolda maşın dayanıb, soruşub kimə gəlmisiz, görüb ki, bunlar özlərində deyillər. Deyiblər maşınımız xarab olub, yolda qalmışıq. Deyib onda sizə kömək edim, maşını düzəldin. Onlar da deyib sənin nəyinə lazımdı. O da deyib mənim evimin qabağıdır, səs-küy var. Əlbəyaxa dava olub. Yəhya kiminsə başına daş vurmayıb, bıçaqla və ya güllə ilə vurmayıb. Sadəcə bir yumruq vurub”.
Qeyd edək ki, Quliyev Yəhya Nuhbala oğlu Vətən Müharibəsi iştirakçısı olub. 23 yaşlı Yəhya “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.


Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ












