Qəbələdə çay iki kəndin yolunu dağıdıb - sakinlər ərazidə körpü salınmasını istəyirlər - VİDEO

Qəbələ rayonunun mərkəzindən 35 km məsafədə yerləşən Solqıca və Dandıx kəndlərinin sakinləri yolsuzluq problemi yaşayır.
Xezerxeber.az-ın məlumatına görə, sözügedən kəndlərdə 200-ə yaxın ailə yaşayır.
Türyançayın bir qolu olan Qaraçay çayının tez-tez məcrasını dəyişməsi insanların bir tərəfdən digər tərəfə keçməsinə mane olur.
Yol rayon mərkəzi ilə birləşən tək yol olduğundan insanlar çıxılmaz vəziyyətə düşüblər.
Kənd sakinləri bu ərazidə körpü salınaraq yol çəkilməsinin tərəfdarıdır. Hazırda onlar rayon mərkəzinə 20- 25 manat pul xərcləyib xüsusi maşınlarla getmək məcburiyyətindədirlər.
Vəziyyətlə əlaqədar kənd icra nümayəndəsi İldrım Əhmədov bildirib ki, su artdıqda cayın yatağı tez tez dəyişir: "Bu da yolun keçilməsində çətinliklər yaradır. İndi çayda su çoxdur. Bir-iki gündən sonra texnikaların köməyi ilə suyu əsas yatağına salmağa çalışacağıq".
Çayın üzərində körpünün qurulmasına gəlincə, İldrım Əhmədov deyib ki, kənd camaatının bu barədə məktubu aidiyyəti orqanlara göndərilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












