"Qırmızı işıqdan keçmişəm, qoşa xətt tələbini pozmuşam" - Fazil Mustafadan etiraf

“Qanunlar təkcə insanların qəbul etdiyi deyil. Təbiət qanunları da var. Onları pozmaq olmaz. Təbiət qanunlarının pozulmasının nə qədər böyük fəsadlar törətdiyini son vaxtlar daha çox görməyə başlamışıq”.
Avtosfer.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa “Space” TV-nin efirində qonaq olarkən deyib. O, işıqforun qırmızı işığından keçdiyi, qoşa xəttin tələblərini pozduğu anların çox olduğunu söyləyib:
“İnsanların qəbul etdiyi qanunları bəzən pozmaq olar. Amma təbiətin qanunlarına toxunmaq olmaz. Çünki bir yerə, xüsusilə verilişə tələsəndə günahı daha çox televiziyaların üzərinə yıxıram ki, canlı yayıma gecikməmək üçün etmişəm. Bir də görürsən ki, tıxaca düşürsən. Onda bəzən qaydaları pozursan. Amma şüurlu surətdə qanunların pozulmasına, qaydaların dəyişməsinə tərəfdar deyiləm”.
F.Mustafa qanunların pozulmasını insanların mədəni səviyyəsi ilə əlaqələndirib:
“Xaricdə, Avropada daha çox qanun və qayda anlayışı var. Bizdə isə qayda və qanun anlayışı daha çox önə çəkilir. Bizdə qaydalar qanundan daha çox müqəddəsdir. Adamlar qanunu pozurlar, amma qaydaları pozmağa çox maraqlı deyillər. Mental, ailə qaydaları, insanlar arasında pozulmayan etiket qaydalarına daha çox əməl edirlər.
Qanuna əməl edilib-edilməməsi cəmiyyətin mədəni səviyyəsi ilə bağlı məsələdir. Mədəni səviyyə nə qədər yüksək olursa, insanlar qanulara birgə əməl etməyi həm də bir-birinin marağını qorumaq baxımından qiymətləndirirlər”.
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ












