Qubada oğurluq edən şəxs yaxalandı - FOTO

Baş Mühafizə İdarəsinin Quba Regional Mühafizə Şöbəsinin əməkdaşları rayon ərazisində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən şəxsi cinayət başında yaxalayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə Mühafizə Şöbəsinin polis əməkdaşları axşam saatlarında xidmətdə olarkən bir nəfərin sərxoş vəziyyətdə “Əczaxana” və “Məktəbli ləvazimatları” mağazalarının şüşələrini qıraraq oğurluğa cəhd etdiyini görüblər. Dərhal hərəkətə keçən polis nəfərləri Xaçmaz rayon sakini Süleyman Nəsrullayevi saxlayaraq Quba Rayon Polis Şöbəsinə gətiriblər.
Araşdırmalar zamanı həmin şəxsin, rayon ərazisində bir neçə gün əvvəl də mağazalardan oğurluq hadisələri törətdiyi məlum olub.
Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ













