Qusarda silsilə oğurluqlar edən şəxs saxlanılıb

Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan Avtosfer.az-a verilən məlumata görə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməklə zərərçəkmişlərə külli miqdarda ziyan vurmaqda şübhəli bilinən Qusar rayon sakini Dadaşbala Mürşüdov saxlanılıb.
Onun rayon ərazisində müxtəlif ticarət obyektlərindən, evlərdən, mağazalardan pul, müxtəlif ərzaq məhsulları, külli miqdarda müxtəlif növ siqaretlər, energetik içkilər, qızıl-zinət əşyaları və bahalı velosiped oğurladığı müəyyən edilib.
Həmçinin D.Mürşüdovun 2018-ci ildə həmkəndlisinin evindən də qızıl-zinət əşyaları və pul oğurladığı müəyyən edilib.
Faktla bağlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO












