Ramiz Mehdiyev YAP-dan çıxarılacaq? - “Hazırlıq işlərinə start verilib”

“Yaxın günlərdə AMEA prezidenti Ramiz Mehdiyev hakim Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından çıxarılacaq. Artıq bununla bağlı müəyyən hazırlıq işlərinə start verilib”.
Bu barədə Avtosfer.az-a hakim partiyaya yaxın mənbələr verib. Məlumatda qeyd olunur ki, R.Mehdiyevin ötən həftə AMEA-nın rəsmi saytında dərc etdiyi geniş məqalə YAP-da ciddi narazılıqla qarşılanıb. Çünki akademik həmin məqalədə hakimiyyətlə dialoqa gedən siyasi partiyaları aşağılayıb, onlara qarşı radikal müxalifətin apardığı kampaniyalarda istifadə etdiyi epitetlərdən yararlanıb. Bundan başqa, Ramiz Mehdiyev Azərbaycanın milli təhsil sistemi haqqında da təhqiramiz fikirlər səsləndirib . Eyni zamanda, onu tənqid edən Milli Məclisin bəzi üzvlərini, elm adamlarını təhqir edib. Mənbə bildirib ki, AMEA prezidentinin müxalifət ritorikasından istifadə etməsi, millət vəkillərini aşağılaması YAP üzvləri tərəfindən də narazılıqla qarşılanıb, qəbuledilməz hesab olunub. Ona görə də, onun partiya sıralarından xaric edilməsi məsələsi ortaya qoyulacaq. Daha sonra akademiya rəhbərliyindən uzaqlaşdırılması ilə bağlı hakimiyyət qarşısında məsələ qaldırılacaq. Qeyd edək ki, artıq YAP üzvü olan bəzi deputatlar mediada R.Mehdiyevin hakim partiyadan çıxarılması məsələsini səsləndirməyə başlayıblar.
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










