Raziyyə Şirinova vəfat etdi

Əməkdar artist, xanəndə Raziyyə Şirinova 86 yaşında vəfat edib.
Avtosfer.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıblar.
Qeyd edək ki, Raziyyə Şirinova 1940-cı ildə anadan olub. “Lalə” qızlar ansamblının, 1964-1970-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildə R. Şirinova Azərbaycan Dövlət Akademik Opera və Balet teatrına solist vəzifəsinə qəbul edilib, 2005-ci ilə kimi teatrda çalışıb.
Teatrda çalışdığı illərdə o bir çox yadda qalan obrazlar – “Əsli və Kərəm”də Əsli, “Aşıq Qərib”də Şahsənəm, “Şah İsmayıl”da Ərəbzəngi, “Gəlin qayası”nda Tutu , Əmi qızı, “Leyli və Məcnun”da Məcnunun anası və s. rollarda çıxış edib.
2005-ci ildə Azərbaycanın mədəni həyatında böyük xidmətlərinə görə “Prezidentin fərdi təqaüdünə” layiq görülüb. 2006-cı ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Əməkdar artist” fəxri adı ilə təltif olunub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












