Rusiya dəmir yolu ilə yükdaşımaların coğrafiyasını dəyişməyə hazırlaşır

“Rusiya Dəmir Yolları” QSC yükdaşımaların coğrafiyasını dəyişməyə hazırdır. Avtosfer.az xəbər verir ki, bunu “TransRusiya” forumunda QSC-nin baş direktorunun birinci müavini Sergey Pavlov deyib.
“İndi biz görürük ki, yüklər Transxəzər marşrutları, Qazaxıstan, Azərbaycan vasitəsilə qərbdən şərqə, eləcə də cənuba yönəldilir. Bu, yeni çağırışdır və biz buna hazırıq”, - Pavlov bildirib.
O, həmçinin qeyd edib ki, yüklərin yeni marşrutlara istiqamətləndirilməsi infrastrukturun daha da inkişaf etdirilməsini tələb edir. Buna görə də şirkət şərq poliqonunun ötürmə qabiliyyətinin və daşıma qabiliyyətinin genişləndirilməsi istiqamətində işləri davam etdirir.
“Rusiya Dəmir Yolları” Dərbənd (Dağıstan) sərhəd-keçid məntəqəsinin layihələndirilməsi və inkişafı üzrə işləri başa çatdırır, həmçinin bu il yeni Nijneleninskoye (Yəhudi Muxtar Vilayəti, Rusiya) – Tontszyan (Çin Xalq Rerpublikası) keçid məntəqəsinin açılmasını gözləyir.
Bundan əlavə, forum çərçivəsində “Rusiya Dəmir Yolları” və FESCO nəqliyyat şirkəti konteyner daşımalarının təşkili texnologiyalarının birgə işlənməsi haqqında razılığa gəliblər. Müqavilə çərçivəsində müntəzəm dəmir yolu konteyner xidmətlərinin, o cümlədən beynəlxalq istiqamətlərə daşınması üçün proqramların birgə hazırlanması planlaşdırılır.
APA
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI
Binəqədi şosesində hərəkətin təşkili dəyişdirilir - VİDEO
Sürücülərin NƏZƏRİNƏ: "Şamaxinka"da yol BAĞLANIR
Yeni dərs ilində yollarda vəziyyət necə olacaq? - VİDEO
Kamil Zeynallı Tailandda döyüldü - VİDEO
Bakıda bu rayonda 15 bina SÖKÜLƏCƏK
Azər Mursaqulov əmr İMZALADI
Basqalda baş verən sürüşmə ərazini tanımayanlara qəza riski yaratdı - VİDEO
Bakıda mal əti bahalaşdı: Səbəblər AÇIQLANDI
Həzi Aslanovda tikinti işlərinə etiraz: “Binanın altı qazılır” - VİDEO










