Rusiya hərbi gəmiləri Xəzərdə təlimlər keçirir

Xəzər flotiliyasının 20-yə yaxın hərbi gəmisi Xəzər dənizində təlimlərdə iştirak edib.
APA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb
“Xəzər Donanmasının hərbi-dəniz qüvvələrinin müxtəlif qruplaşması planlaşdırılmış komanda-qərargah təlimində iştirak etmək üçün Mahaçqala baza məntəqəsindən Xəzər dənizinin müəyyən edilmiş ərazisinə yola düşüb", - deyə məlumatda bildirilib.
Cənub Hərbi Dairəsinin məlumatına görə, manevrlərdə flotiliyanın 20-yə yaxın döyüş gəmisinin ekipajı, o cümlədən “Dağıstan” raket gəmisi, “Qrad Sviyajsk”, “Uqliç”, “Velikiy Ustyuq”, Mahaçqala, Həştərxan kiçik raket gəmiləri, “Stupinets” kiçik artilleriya gəmiləri habelə baza minaaxtaran gəmilər, qayıqlar iştirak edir.
Donanma gəmiləri vahid qaydada üzmək, şərti düşmənin hava hücumu vasitələrini dəf etmək üzrə birgə təlimlərdə iştirak edəcək.
Təlimlərin əsas istiqaməti Hərbi Dəniz Qüvvələri və Aerokosmik Qoşunları qüvvələrinin Dünya Okeanında Rusiyanın milli maraqlarının müdafiəsinə, habelə Rusiya Federasiyasına dəniz və okean istiqamətlərindən yönəldilən hərbi təhdidlərə qarşıdır.
Təlimlərə 140-dan çox döyüş və yardımçı gəmi, 60-dan çox təyyarə, 10 minə yaxın hərbçi cəlb olunub.
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ











