Rusiya Sankt-Peterburqdan Bakıya uçuşlara icazə verib
Xəbərlər
22 Aprel 2021 16:20

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) Sankt-Peterburqdan 15 ölkəyə, o cümlədən Azərbaycana uçuşlar üçün 3 aviaşirkətə icazə verib. Report “Rosaviasiya”nın məlumatına istinadən xəbər verir ki, “Aeroflot”, “S7 Airlines” və “PEGAS Fly” aviaşirkətlərinə Sankt-Peterburqdan uçuşlar həyata keçirmək icazəsi verilib.
Uçuşların icazə verildiyi ölkələr sırasında Azərbaycanla yanaşı, Belarus, İordaniya, Çin, Şimali Makedoniya, Moldova, Marokko, Ermənistan, Serbiya, Sloveniya, Tayland, Xorvatiya, Çernoqoriya, eləcə də Kipr və Maldiv adaları var.
Lakin “Rosaviasiya”nın məlumatında bildirilir ki, icazələrin verilməsi adıçəkilən beynəlxalq marşrutlar üzrə uçuşların bərpa edilməsi üçün əsas və ya qərar sayıla bilməz. İcazə yalnız uçuşlar bərpa edildikdən sonra aviaşirkətlərin istifadə edə biləcəyi hüquqdur.
Martda “Rosaviasiya” 3 aviaşirkətə – “Azimut”, “Red Wings” və “Ural Hava Yollarına” Rusiyanın 11 şəhərindən Azərbaycanın paytaxtına uçuşlar həyata keçirməyə icazə verib.
Oxunub : 1196
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 18:15
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
14 Oktyabr 2026 11:03
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
13 Oktyabr 2026 22:08
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
13 Oktyabr 2026 19:02
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
13 Oktyabr 2026 15:18
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
12 Oktyabr 2026 23:06
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
12 Oktyabr 2026 20:29
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
12 Oktyabr 2026 20:17
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
12 Oktyabr 2026 19:45
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
12 Oktyabr 2026 19:24
18 marşrutun hərəkət sxemi dəyişdirilir
12 Oktyabr 2026 18:41
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
12 Oktyabr 2026 18:00
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
ŞƏRH YAZ












