Rusiyanın "Moskva" gəmisi VURULDU
Xəbərlər
14 Aprel 2022 10:29

Rusiyanın “Moskva” gəmisinin raket kreyserində yanğın baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, yanğın nəticəsində döyüş sursatları partlayıb, gəmiyə ciddi ziyan dəyib.
Bildirilib ki, ekipaj tamamilə təxliyə edilib, yanğının baş vermə səbəbləri araşdırılır.
Ukrayna mətbuatı iddia edir ki, Rusiyanın “Moskva” raket kreyseri Ukraynanın “Neptun” gəmi əleyhinə raket kompleksi tərəfindən vurulub, nəticədə kreyserdə yanğın baş verib.
Kreyserdə artilleriya, zenit, sualtı qayıq əleyhinə və mina-torpedo silahları var. Gəmidə həmçinin P-1000 Vulkan gəmi əleyhinə raketlər üçün 16 buraxılış qurğusu mövcuddur. Raketlər 1000 km məsafədə olan hədəfləri vura bilir.
"Unikal"
Oxunub : 1758
DİGƏR XƏBƏRLƏR
3 Oktyabr 2026 14:06
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
3 Oktyabr 2026 13:23
Bakının bu yolu birdəfəlik BAĞLANIR
2 Oktyabr 2026 23:58
Bu yolda sürət həddi endirildi - FOTO
2 Oktyabr 2026 23:08
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
2 Oktyabr 2026 19:46
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
2 Oktyabr 2026 15:53
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
1 Oktyabr 2026 21:17
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
1 Oktyabr 2026 21:00
Sürücülərin nəzərinə: Bu yol bağlanır
1 Oktyabr 2026 18:27
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
1 Oktyabr 2026 18:11
Azərbaycanda deputatın mandatı ləğv edildi
1 Oktyabr 2026 14:44
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
30 Sentyabr 2026 23:39
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
ŞƏRH YAZ












