Saatlıda narkotik satmaq istəyən Bakı sakinləri həbs edildi - FOTO

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Bakı şəhər sakinləri Ceyhun Məmmədli və Asif Səmədov rayon ərazisində saxlanılıblar.
Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı 1 kiloqramdan artıq narkotik maddə heroin, 10 qrama yaxın psixotrop maddə olan metamfetamin və 1 kiloqram 650 qrama marixuana aşkar edilərək götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər bir müddət əvvəl xarici ölkələrdən birinin vətəndaşı ilə əlaqəyə girərək, satmaq məqsədi ilə ondan narkotik vasitələr istəyiblər və hesabına müəyyən miqdarda pul göndəriblər. Daha sonra isə C.Məmmədli və A.Səmədova narkotik vasitələrin Saatlı rayonu ərazisində gizlədildiyi yer bildirilib və onlar bu maddələri götürmək üçün qeyd edilən rayon ərazisinə gəliblər. Həmin maddələri gizlədildiyi yerdən götürüb aparan zaman isə onları Saatlı RPŞ-nin əməkdaşları saxlayıblar.
Dindirilmə zamanı hər iki şəxs qanunsuz əməllə məşğul olduqlarını etiraf ediblər.
Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib.
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO







.jpeg)
.jpeg)



