Saatlıda polis əməkdaşları reydlər keçirib - FOTO

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti və karantin rejimi qaydalarına riayət edilməsi istiqamətində tədbirlər davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları rayon ərazisində sanitar-epidemioloji normaların qorunmasının təmin edilməsi məqsədi ilə iri ticarət obyektlərində reyd keçirib. Bu obyektlərdə olan işçilər və müştərilərlə profilaktiki səpkidə söhbətlər aparılıb, qayda pozuntusuna yol vermiş 8 nəfər barəsində isə protokollar tərtib edilib.
Bundan əlavə yol polisləri tərəfindən də rayon ərazisində reyd keçirilib. Reyd zamanı yol hərəkəti qaydalarını pozan və eyni zamanda karantin rejiminə əməl etməyən 18 sürücü barəsində inzibati qaydada tədbirlər yerinə yetirilib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO













