Sabah hava necə olacaq?

Azərbaycanda aprelin 8-də gözlənilən hava şəraiti açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-80%, gündüz 60-70% təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-12° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.
Sabunçuda küçə bərbad vəziyyətdədir: Avtobuslar çətinliklə hərəkət edir - VİDEO
Sabirabadda “Təmiz hava aylığı” ilə bağlı profilaktik tədbir keçirildi
Bu yollar sabahdan bağlı olacaq - Sürücülərin nəzərinə!
Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində obyektləri olub?
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA












