Sabah şəhid ailələri və müharibə əlillərinə mənzillər veriləcək

Sabah, mayın 13-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və Vətən müharibəsi əlillərinə mənzillər təqdim ediləcək.
Avtosfer.az-nın xəbərinə görə, mənzillərin təqdimetmə mərasimi Suraxanı rayonunun Ramana qəsəbəsində (keçmiş məcburi köçkünlər üçün binalar, Şuşa şəhərciyi) baş tutacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min, o cümlədən 2021-ci ildə 3 minədək mənzil və fərdi ev veriləcək. Bu gün verilən mənzillər də daxil olmaqla 2021-ci ilin planı üzrə artıq 370 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə, müharibə əlillərinə bərabər tutulan vətəndaşlara verilib. Ümumilikdə indiyədək həmin kateqoriyadan olanlara 9570 mənzil və fərdi ev verilib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












