Səbaildəki bu küçələrinin kəsişməsində hərəkət necə təşkil olunmalıdır? – İZAH - VİDEO

Artıq bir neçə gündür ki, paytaxtın Səbail rayonundakı yolayrıclarından birindəki vəziyyət sürücüləri narahat edir.
Avtosfer.az xəbər verir ki, rayonun Zərifə Əliyeva və Rəşid Behbudov küçələrinin kəsişməsində yerdəki nişanlama xətləri avtomobil idarəçilərini çaşdırır. Belə ki, Zərifə Əliyeva küçəsində kəsişməyə 20 metr qalmış məsafədə avtobus zolağı bitir və həmin hissəyə paralel 2-ci zolaqda “düzünə və sağa hərəkət” oxu çəkilib. Lakin işıqfora çatanda artıq həmin ox məcburedici “düzünə hərəkət” göstərişi ilə əvəzlənir.
Nəqliyyat eksperti Azər Quliyev öz sosial media hesabında həmin ərazidəki vəziyyəti paylaşıb. O qeyd edib ki, daha əvvəl ikinci zolaqda “düzünə və sağa” oxunu görən sürücü işıqforda qarşısında avtomobil olduğu üçün yerdəki məcburedici “düzünə hərəkət” oxunu görə bilmir və yolayrıcından Rəşid Behbudov küçəsinə - sağa dönərkən İXM-nin 327.1-ci maddəsinə əsasən cərimələnirlər.
Hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a açıqlamasında yaranmış vəziyyətin nədən qaynaqlandığını və problemin həllini izah edib. O bildirib ki, problem ondan ibarətdir ki, sağ tərəfdə avtobus zolağı var və yəqin ki, avtobuslar oradan düz keçirlər. Bu zolaqdan “sağa hərəkət” oxunun qoyulmağı düzgün deyil:

“Çünki bu ox avtobusu da məcbur edir ki, sən də sağa dönməlisən. Avtobus yerdəki oxun tələbini pozacaq. Ona görə də orada hərəkətin təşkilinə yanaşmanı dəyişmək lazımdır.
Videoda mütəxəssisin bildirdiyi kimi, ikinci zolaqda kəsişməyə çatmamış əvvəlcə “düzünə və sağa”, işıqforun yaxınlığında isə “düzünə hərəkət” nişanlanma oxunun olması da düzgün deyil. Çünki yolayrıcına yaxınlaşanda, yəni yolayrıcına 20 metr qalmış ən axırıncı nişanlama oxu olmalıdır. Ondan 20 metr arxada isə, yəni yolayrıcından 40 metr arxada ikincisi olmalıdır. Hətta məsələn, Zərifə Əliyeva kimi intensiv hərəkət olan yerdə 60 metr arxada daha biri, üçüncüsü olmalıdır. Onların üçü də eyni olmalıdır. Yəni, yolayrıcına yaxınlaşanda, eyni zolaqdakı nişanlama oxlarını dəyişmək olmaz, hamısı təkrarlanmalıdır.
Burada həmin prinsipi gözləmək üçün oxlar işə yaramır. Çünki bu küçədə yerdəki oxlar ikinci zolaqda, bir az geridə sağa dönməyə icazə verir, yolayrıcında isə icazə vermir. Belə şey ola bilməz. Bu, bütün prinsiplərə ziddir. O, nişanlanma xətlərinin, oxun tətbiqinin prinsiplərinə ziddir.
Ona görə nə eləmək lazımdır? Burada ümumiyyətlə bütün zolaqlardan oxları yığışdırmaq lazımdır. Hərəkət nişanlarla tətbiq edilməlidir. Nişanlarla da belə olacaq: Məsələn, yol hərəkəti qaydalarında da var. Avtobus zolağı gedir ki, o yolayrıcına 20 metri qalmış 20 metri arxada və 20 metri uzunluğunda.
40 metr arxada sağ zolağa, yəni avtobus zolağına keçməyə qırıq-qırıq xətlər qoymaq lazımdır. O qırıq-qırıq xətlər 20 metr məsafədəki hissəyə aid olmalıdır. Növbəti 20 metrdə artıq sağa keçməyə icazə verilməməli, yəni düz xətt olmalıdır.
Yəni, qırıq-qırıq 1.11 xətti, stop-xətdə 40 metr qalmış başlayır. 20 metr uzunluğundakı 1.11 xətti bitdikdən sonra yalnız 1.1 bütöv xətti qalır, yəni cəmi 20 metrlik hissədə zolaq dəyişməyə icazə verilir.
Başqa heç nəyə ehtiyac yoxdur. Sürücülər özləri də başa düşəcəklər ki, həmin hissədə sağa dönməyi qadağan edən heç nə yoxdursa, oradan sağa da dönmək olar. Sağa dönəndə ikinci zolaqla hərəkət edən sürücülər hərəkət şiddətinə uyğun olaraq avtobus zolağına manevr eləməlidirlər. Çünki sağ zolaqda yerə ox çəkilsə ki, buradan yalnız sağa dönün, avtobus sürücüləri də sağa dönmək məcburiyyətində qalacaqlar və xəttin tələbini pozacaqlar.
Zərifə Əliyeva küçəsində əlavə olaraq yolun sol tərəfində sadəcə 3.18.2 “Sola dönmək qadağandır” nişanı qoymaq lazımdır. Yerdəki oxların hamısı yığışdırılmalıdır”.
Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən sorğumuza cavab olaraq qeyd edildi ki, sözügedən ərazidə uyğunsuzluq yoxdur. Sürücülər ictimai nəqliyyata yol verib, zolaq dəyişməsi edərək sağa dönə bilərlər.
Səfər
Bakıda qayda pozan BYD sürücüsü cərimələndi - YENİLƏNİB - VİDEO
Sürücülərə cərimələrlə bağlı VACİB XƏBƏR
Yolayrıcında səhv zolaqda dayandığı yadına düşdü – 90-AC-109 - VİDEO
Məhəllədə maşın saxlamağa görə hansı halda cərimə yazılır? – AÇIQLAMA - VİDEO
Milli Məclis İXM-də telefondan istifadəyə görə cərimə məsələsinə birtərəfli yanaşmamalıdır – EKSPERT
Zolağını dəyişən sürücü qəfil tormoz verib qəza şəraiti yaratdı - VİDEO
Dayanacağa girməyən avtobus sürücüsü yolda sərnişin düşürüb-mindirdi - VİDEO
Taksi çağıran sərnişin yer tapmadı – Duracağı zəbt etdilər - VİDEO
Ötmə qaydasını pozan sürücü təhlükə yaratdı, sonra "ara işlədi" - VİDEO
“Niva” sürücüsü qoşa xətdən sağa-sola keçib “hoqqa” verdi - VİDEO
Baş yoldakı maşını gözardı edən sürücü az qala qəza törədəcəkdi - VİDEO












