Ordumuz Qara gölü tam nəzarətə götürdü: erməni məntəqəsində bayrağımz dalğalanır - VİDEO

Azərbaycan Ordusunun İşxanasar ərazisindən Qara gölə doğru 3 km irəliləməsinin detalları açıqlanıb. Avtosfer.az xəbər verir ki, bununla bağlı Zəngəzur (Sünik) vilayətinin keçmiş qubernatoru, hazırda Dirçələn Ermənistan Partiyasının sədri Vahe Akopyan erməni mediasına danışıb. “Gecə 200-dən çox tam silahlanmış Azərbaycan əsgəri Kəlbəcər istiqamətindən yuxarı qalxaraq Gorus tərəfdən Qara gölə gedən yolu nəzərətə götürüb. Hazırda Qara göl tam Azərbaycan ordusunun nəzarətinə keçib. Həmin ərazidə Azərbaycan bayrağı da sancılıb. Mənim məlumatıma görə, bizim ordakı məntəqəmizi də mühasirəyə alınıb. Səhər oyanıblar ki, dörd tərəfdə Azərbaycan əsgəridir. Onlar GPS üzrə hərəkət etdiklərini bildiriblər. Hazırda sözügedən əraziyə Rusiya sərhədçiləri (Ermənistanın sərhədlərini Rusiya Sərhəd Xidməti qoruyur – red.) gedib. Döyüş, atəç açılması barədə xəbərlər təsdiqlənmir, çox böyük ehtimalla, atışma-filan olmayıb. Hələlik vəziyyət belədir”, – Akopyan deyib.
“Orda məntəqə doğrudanmı mühasirədədir” sualına isə Akopyan dəqiq cavab verə bilməyəcəyini bildirib:“Hazırda orda ruslardır, danışıqlar gedir. Ora həmçinin vilayət rəhbərliyi də gedir”.
Akopyanın sözlərinə görə, Qara gölün 30 faizi Azərbaycanındır: “Ancaq indi bütün göl onların nəzarətinə keçib”.
Akopyan Gorusun su ehtiyatını əsasən Qara göldən götürdüyünü, gölün Azərbaycanın nəzarətinə keçəcəyi halda ciddi su qıtlığı yaranacağını da bildirib.
Qeyd edək ki, Qarabağın işğalda saxlanıldığı müddətdə Ermənistan tərəfdən dövlət sərhədimiz pozularaq, bir çox istiqamətlərdə 15 km-ə qədər müdaxilə edilib. Hazırda sərhədin dəqiqləşməsi gedir və Azərbaycan dəqiq xəritələrlə sərhədimizi bərpa etdikdə isə ermənilər “etiraza” qalxıb, yağmaladıqları torpaqların heç olmasa bir hissəsini hay-küy salmaqla saxlamağa nail olmağa çalışırlar.
Ermənistan mətbuatı Azərbaycan əsgərlərinin Gorus şəhərinin 5 kilometrliyindəki yüksəkliyə çıxdıqları barədə video görüntü yayıb:
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Bayrağa hörmətsizlik etdi, cavabı ağır oldu - VİDEO








