Salyanda brakonyerlərə qarşı reyd keçirilib

Salyan rayonunda yerləşən Baş Şirvan Kollektorunda qanunsuz balıq ovlayanlara qarşı reyd keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Azərbaycan Balıqçılar İttifaqının birgə təşkilatçılığı ilə baş tutub.
Aksiyanın məqsədi sintetik torlar vasitəsilə balıq ovlayanlarla mübarizə aparmaqdan ibarətdir.
Azərbaycan Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev "Report"a bildirib ki, reyd zamanı Baş Şirvan Kollektorunun dənizə tökülən hissəsində, 16 km məsafədə 9 mat qurğusu, 17 vintel, 40 səbət və 4 sintetik tor sudan çıxarılaraq məhv edilib.
Onun sözlərinə görə, Azərbaycanda rəsmi olaraq 90% balığın populyasiyası kəsilib: "Xəzərə birləşən kanalların qarşısı açılarsa, Azərbaycanda da balıqçılıq sahəsində irəliləyiş əldə edərik. Bu il bazarlarda kütüm balığının qiyməti 11 manatdır. Bu qiymət isə keçən il 18-20 AZN təşkil edirdi. Qiymətin aşağı olması balığın çoxluğundan irəli gəlir".
"Azərbaycan Balıqçılar İttifaqı olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq etməklə bütün su hövzələrində balıqların çoxalması üçün müəyyən işlərə başlamışıq. Hazırda qanunsuz balıq torları aradan qaldırılır və işlər bundan sonra da davam etdiriləcək”, - Ə.Əliyev deyib.
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ












