Salyanda satıcı işlədiyi mağazadan 63 000 manat oğurladı

Salyan rayon sakini İslam Ağayev Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək müxtəlif vaxtlarda ona məxsus inşaat materialları mağazasından pulunun oğurlanması və ümumilikdə ona 63 000 manat maddi ziyan dəyməsi barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törədən, əvvəllər zərərçəkmişə məxsus mağazada işləyən rayonun Arbatan kənd sakini Ruslan Mustafayev saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs cari ilin sentyabr-noyabr ayları ərzində ayrı-ayrı vaxtlarda mağazada tikinti materiallarının satışından əldə olunan pulların saxlanıldığı otağa paltarını dəyişmək adı ilə daxil olaraq ümumilikdə mağaza sahibinə məxsus 63 000 manat pulu gizli yolla oğurlayıb.
Faktla əlaqədar Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO












